Dəhşətli virusdan qorunmağın asan yolu - Hamının evində var - VİDEO
Koronavirusun indiyədək aşkar edilməmiş növündən (2019-nCoV) qorunmaq üçün ən asan yollardan biri əlləri tez-tez yumaq və spirtli dezinfeksiyaedici maddələrdən istifadə etməkdir.
BAKU.WS xəbər verir ki, bu barədə Türkiyənin Sakarya Universitetinin tibb fakültəsinin yoluxucu xəstəliklər üzrə Professoru Oğuz Karabay danışıb.
Onun sözlərinə görə, əlləri kolonya ilə silmək də virusun ötürülməsinin qarşısını almaqda böyük rol oynayır.
"Koronavirus illərdir tanıdığımız və soyuqdəymə kimi bildiyimiz göz, burun, boğaz və selikli qişalara yapışan virusdur. Koronavirusun əsas mənbəyi heyvanlardır. Məsələn dəvə və yarasalar kimi müxtəlif heyvanlar bu virusu insanlara ötürə bilir. Bu virus insanların tənəffüs yollarında infeksiyaya səbəb ola bilər. Bəzi insanlarda ölümcül ola bilər, ancaq əldə edilən məlumatlara görə, virusa yoluxan 100 adamdan 98-də ölümcül deyil", - deyə türkiyəli professor bildirib.
Qeyd edək ki, Çində koronavirusa yoluxanların sayı 11 min 821, bu virus səbəbindən ölənlərin sayı isə 259 nəfərə çatıb. Virusa yoluxmaqda şübhəli bilinənlərin sayı təxminən 18 min nəfərdir. İndiyədək 245 nəfər sağalaraq xəstəxananı tərk edib.
Çindən başqa, Tailand, Cənubi Koreya, Yaponiya, Vyetnam, Sinqapur, ABŞ, Malayziya, Fransa, Avstraliya, Nepal, Kanada, Almaniyada, Şri-Lanka, Kamboca, Birləşmiş Ərəb Əmirlikləri, Finlandiya, Hindistan, Filippin, İngiltərə, Rusiya, İtaliya, İspaniya və İsveçdə ümumilikdə 124 nəfərin virusa yoluxması təsdiqlənib.
Oxşar xəbərlər
Çində ölümcül koronavirusa yoluxanların sayı artır - 213 ölü
Çində dünyanı dəhşətə gətirən ölümcül koronavirusa yoluxanların sayı durmadan artır. BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, virus Çinin bütün əyalətl...