İran yeni şərt irəli sürdü: “Ya neftimizi almalıdırlar, ya da...”
04
sen
2019
15:21
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İran nüvə sazişinin öhdəliklərini yerinə yetirmək üçün yeni şərtini irəli sürüb.BAKU.WS TRT-yə istinadən xəbər verir ki, İran xarici işlər nazirinin müavini Abbas Arakçı bunun üçün ABŞ-ın sanksiyaları səbəbindən sata bilmədiyi neft qarşılığında Avropa ölkələrinin 15 milyard dollarlıq kredit təmin etməsini istəyib:“Nüvə razılaşmasının şərtlərini yerinə yetirməyimiz üçün neft satmağımıza icazə verilməli və ya kredit təmin edilməlidir. Əks təqdirdə, müqavilədəki öhdəliklərin çoxuna əməl edilməyəcək. Nüvə sazişinə sadiq qalmağımız 4 ay ərzində 15 milyard dollar almağımızdan asılıdır. Avropa ya İrandan neft satın almalı, ya da neft gəlirimiz qədər kredit verməlidir”.
Oxşar xəbərlər
İrandan kəskin bəyanat
“İran Nüvə Anlaşması danışıqları masasına geri qayıtmayacaq”.BAKU.WS DHA-ya istinadən xəbər verir ki, bunu İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmhani...