İran meydan oxumaqda davam edir - Uranın limitini artırdı
01
iyl
2019
15:52
İran uran zənginləşdirilməsi ilə bağlı limiti keçib.BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, İran nüvə sazişində göstərilən limiti 300 kq keçib.Bu, Beynəlxalq Atom Enerjisi Təşkilatının nümayəndələrinin yoxlamaları nəticəsində aşkar olunub.Xatırladaq ki, İran Atom Enerjisi Təşkilatının sözçüsü Bəhruz Kəmalvəndi 26 iyunda verdiyi açıqlamada Avropa ölkələrinə verilən vaxtın bitməsindən sonra zənginləşdirilmiş uran miqdarının artırılacağını açıqlamışdı.Qeyd edək ki, İran ABŞ-ın sanksiyalarına qoşulan Avropa ölkələrinə 60 gün vaxt vermiş və sanksiyaları dayandırmağı tələb etmişdi.
Oxşar xəbərlər
İran ABŞ-ın təyyarəsini vurub? - Gərginlik pik həddə çatdı
İran və ABŞ arasında tanker vurulması qalmaqalından sonra daha da gərginləşən vəziyyət bu gün pik həddə çatıb.BAKU.WS xəbər verir ki, İslam İnqilabı Keşikçiləri...