İran İslam İnqilabı Keşikçiləri Korpusunun əsgərləri Fars körfəzində neft tankerini ələ keçirib

İran İslam İnqilabı Keşikçiləri Korpusunun əsgərləri Fars körfəzində neft tankerini ələ keçirib
Siyasət 70

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH, Silahlı Qüvvələrin elit bölmələri) iyulun 26-da Fars körfəzində 700 min litr qaçaqmal neftlə Toqo bayrağı altında “Pearl G” tankerinin saxlanıldığını açıqlayıb.

BAKU.WS xəbər verir ki, bu barədə Tasnim məlumat yayıb.

Bildirilib ki, İran İnqilabı Keşikçiləri Korpusu tankeri Fars körfəzinin şimal hissəsindəki Araş neft yatağının yaxınlığında saxladığını vurğulayıb. Hərbçilər gəminin Birləşmiş Ərəb Əmirliklərində yaşayan iraqlıya məxsus olduğunu bildiriblər.

Bəyanatda vurğulanır ki, saxlanılan zaman tanker İran gəmisindən qaçaqmalçılıq yolu ilə gətirilən yanacaqla yüklənirmiş.

Oxşar xəbərlər

Son xəbərlər