SEPAH Hörmüz boğazında neft tankerini ələ keçirdi - FOTO
03
may
2023
23:12
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında Panama bayrağı altında üzən neft tankerini ələ keçirib.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat verib.
“Mayın 3-də yerli vaxtla təxminən saat 06:20-də Panama bayrağı altında üzən “Niovi” neft tankeri ələ keçirilib...”, - deyə ABŞ Müdafiə Nazirliyindən bildirilib.
Hələlik SEPAH-ın neft tankerini ələ keçirməsinin təfərrüatı, o cümlədən gəminin göyərtəsində olan insanların sayı barədə məlumatlar açıqlanmır.
Qalereya
Oxşar xəbərlər
İranda SEPAH-ın iki üzvü öldürülüb
İranın Zahidan şəhərində İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 2 üzvü öldürülüb. BAKU.WS İran KİV-ə istinadən xəbər verir ki, Bəlucistanda İslam...