İran BƏƏ-yə doğru hərəkət edən tankeri saxlama səbəbini açıqladı

İran BƏƏ-yə doğru hərəkət edən tankeri saxlama səbəbini açıqladı
Siyasət 109

Rəsmi Tehran Birləşmiş Ərəb Əmirliklərinə doğru hərəkət edən neft tankerini özünün su ərazisində saxlamasının səbəblərinə aydınlıq gətirib.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

İran tərəfinin yaydığı açıqlamada qeyd olunur ki, tankerin saxlanılmasına səbəb gəminin körfəz sularını neftlə çirkləndirməsidir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanından Birləşmiş Ərəb Əmirliyinə doğru hərəkət edən Cənubi Koreya bayrağı altında üzən “Hankuk Chemi” tankeri Hörmüz boğazında saxlanılıb.

Son xəbərlər