İran BƏƏ-yə hərəkət edən tankeri saxlayıb

İran hakimiyyəti Birləşmiş Ərəb Əmirliklərinə doğru hərəkət edən neft tankerini özünün su ərazisində saxlayıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, məlumatı İranın dövlət televiziyası yayıb.
Bildirilib ki, Səudiyyə Ərəbistanından Birləşmiş Ərəb Əmirliyinə doğru hərəkət edən Cənubi Koreya bayrağı altında üzən “Hankuk Chemi” tankeri Hörmüz boğazında, Bəndər Abbas limanında, İran ərazisində saxlanılıb.
Tankerin saxlanılmasına səbəb olaraq gəminin körfəz sularını çirkləndirməsi göstərilib.
Tankerin tutumu 17 500 tondur. O, 2000-ci ildə Yaponiyada suya buraxılıb. Gəmi Almaniyanın Hamburq şəhərinin “Chemikalien Seetransport” şirkətinə məxsusdur.
Oxşar xəbərlər
Süleymani niyə öldürüldü? - Politoloqdan ŞƏRH
“Əməliyyat Süleymani və onu müşayiət edən şəxslərin Bağdad hava limanından çıxıb 2 avtomobillə şəhərə hərəkətindən sonra ABŞ helikopterləri tərəfindən həyata ke...