İran Pakistandakı hədəflərə raket zərbəsi endirib
16
yan
2024
22:33
İran İslam İnqilabı Keşikçiləri Korpusu (“Sepah”, İran Silahlı Qüvvələrinə daxildir) “Cəyş əl-Zülm” qruplaşmasının Pakistandakı qırargahlarına zərbələr endirib.
“Report” xəbər verir ki, bu barədə “Tasnim” yazıb.
Agentliyin məlumatına görə, zərbələr raket və dronlar vasitəsilə vurulub. Beləliklə, “Sepah” ilk dəfə Pakistan ərazisini vurmuş olub.
“Tasnim”in məlumatında qeyd olunub ki, zərbələr Pakistanın Bəlucistan əyalətinin Kühi-Səbz ərazisində endirilib, belə ki orada təşkilatın əsas qərargahlarından biri yerləşdirdi.
Oxşar xəbərlər
İranla sərhəddə Pakistanın 4 əsgəri öldürülüb
İranla sərhəddə Pakistanın 4 əsgəri öldürülüb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Pakistan ordusunun media orqanı ISPR məlumat yayıb. Bildirilib...