İran prezidentinin itirəcəyi heç nə qalmayıb
23
iyl
2018
17:10
İran prezidenti Həsən Ruhani iyulun 22-də İranın xarici ölkələrdəki səfirləri ilə görüşdə Amerikanın İrana qarşı sanksiyalarından danışaraq, Tehrana qarşı yürütdüyü siyasətinə görə ABŞ prezidenti Donald Trampa xəbərdarlıq edib.BAKU.WS xəbər verir ki, tanınmış politoloq Elxan Şahinoğlu İran rəhbərinin bu addımını acizlik kimi qiymətləndirib.
“Həsən Ruhaninin çıxışında iki fikir xüsusi diqqətimi çəkdi. Ruhaninin birinci fikri: “Amerika iqtisadi və psixoloji baxımdan İrana təzyiq göstərməklə ölkədə sabitliyi pozaraq iğtişaş yaratmaq niyyətindədir”.Yəni Ruhani də anlayır ki, Trampın məqsədi nüvə məsələsini həll etmək deyil, İrandakı rejimi dəyişikliyə nail olmaqdır. Ruhaninin ikinci fikri:“Biz Amerikanın sanksiyalarına qarşı təslim olmayacaq, müqavimət göstərəcəyik, bizim bağlamaq üçün ixtiyarımızda çoxlu “boğazlar” var”. Ruhani bununla Hörmüz boğazının qapadılmasına işarə edib. Bu boğaz bağlanarsa regional toqquşma qaçılmaz olacaq”, - deyə politoloq bildirib.Elxan Şahinoğlu deyir ki, Ruhani demək istəyir ki, Amerika onu gücsüz saymasın, lazım gələrsə Amerikaya qarşı müharibə əmrini də verə bilər:“Ruhanini bu çıxıça vadar edən səbəblər var. Birinci səbəb odur ki, sanksiyalar İran iqtisadiyyatını taqətdən salır, daxili və xarici investisiyalar kəsilib, Qərb şirkətləri ard-arda İranı tərk edirlər, üstəgəl ölkə daxilində ya işıqlar sönür, ya həftələrlə su kəsilir, müəssisələr yarı gücləri ilə işləyirlər, bu isə sosial etirazların artmasına gətirib çıxarır.Ruhani belə durumda iqtisadiyyatı dirçəldə bilməyəcək, ona görə də Amerikanı hədəf götürüb bütün bəlaların səbəkarı kimi “böyük şeytanı” göstərməyə çalışır.İkincisi, Ruhanini daxildə də sıxırlar. O son açıqlaması ilə təhlükəsizlik məsələsində mühafizəkarlardan, o cümlədən ali dini liderdən az mühafizəkar olmadığını sübut etmək istəyir.“Şirin quyruğu ilə oynamayın. Bu peşmançılığa gətirib çıxarar” – bu da Ruhaninin Trampa mesajıdır. Ancaq Amerika da belə mesajlardan çəkinən ölkə deyil”.BAKU.WS
Oxşar xəbərlər
Həsən Ruhanidən müharibə xəbərdarlığı: "İran 2 şəhəri yer üzündən siləcək"
İran və İsrail münasibətləri gərginləşməkdə davam edir.BAKU.WS xəbər verir ki, bu dəfə rəsmi Tehran İsraili hədələyib. "Fars" agentliyinin yaydığı məlumata görə...