Daha bir rayonda küçə və prospektlər TƏMİR OLUNACAQ
Göyçay şəhərinin bir sıra küçə və prospektlərində asfalt örtüyünün əsaslı şəkildə yenilənməsi nəzərdə tutulur.
BAKU.WS-in məlumatına görə, Göyçay Rayon İcra Hakimiyyəti tərəfindən şəhər ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı satınalma prosesi həyata keçirilir.
İşlərin yerinə yetirilməsi üçün ehtimal olunan qiymət 1 milyon 273 min manat müəyyənləşdirilib.
Layihə çərçivəsində Heydər Əliyev prospekti, Ziya Bünyadov, Natəvan, Nəsimi və digər küçələrində müxtəlif yol-tikinti işlərinin aparılması planlaşdırılır.
Küçələrin əsaslı təmiri həmin ərazidə nəqliyyatın daha rahat və təhlükəsiz hərəkətinə, yol örtüyünün uzunömürlü olmasına və sürücülər üçün yaranan problemlərin azalmasına şərait yaradacaq. Yolların keyfiyyətinin yaxşılaşdırılması həmçinin şəhərdaxili hərəkətlərin rahatlaşmasına və yaxın ərazilərin nəqliyyat əlaqəsinin yaxşılaşmasına xidmət edəcək.
Oxşar xəbərlər
Şagird və müəllimlər üçün ŞAD XƏBƏR - Bakı, Quba, Siyəzəndə...
Respublika üzrə bir sıra təhsil müəssisələrində təmir və kommunal-kommunikasiya işlərinin aparılması nəzərdə tutulur. BAKU.WS-in məlumatına görə, Elm və Təhsil...