İran minlərlə insanın həbs edildiyini təsdiqlədi
Yeniliklərdən dərhal xəbərdar olun
İran məhkəmə sisteminin sözçüsü Məsud Sitayeşi Məhsa Əmininin öldürülməsindən sonra ölkənin əksər əyalətlərində başlayan etiraz aksiyaları zamanı 2 400 nəfərin həbs edildiyini açıqlayıb.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.
O bildirib ki, daha 1 118 nəfər isə hökumətin müxaliflərə qarşı təqibləri çərçivəsində ittiham olunub və məhkəmə işlərinə baxılmasını gözləyir.
Sitayeşinin sözlərinə görə, sentyabrın ortalarından bu günə kimi İranı bürümüş nümayişlərdə iştirak etdikləri üçün ümumilikdə 2 432 etirazçıya məhkəmələr tərəfindən ilkin hökm oxunub.
İnsan haqları təşkilatlarının noyabrın 21-də yaydıqları məlumata görə, İranda etiraz aksiyaları başlayandan bu günə kimi 17 mindən çox vətəndaş həbs edilib.
Oxşar xəbərlər
İran Məhsa Əmininin ölüm səbəbini açıqladı
İranda bir müddət öncə Əxlaq polisi tərəfindən saxlanıldıqdan sonra həyatını itirən Məhsa Əmininin ölüm səbəbi açıqlanıb. BAKU.WS-in APA-ya istinadla məlumatına...