İranda aksiya zamanı Cənubi azərbaycanlı qız 6 güllə vurularaq ÖLDÜRÜLDÜ - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
İranda 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən öldürülməsindən sonra başlayan iğtişaşlar davam etdiyi vaxtda ölkədən daha bir dəhşətli xəbər gəldi.
BAKU.WS xəbər verir ki, saçlarını topladığı video ilə etirazların simvoluna çevrilən Güney azərbaycanlı Hədis Nəcəfi təhlükəsizlik qüvvələri tərəfindən 6 güllə ilə öldürülüb.
20 yaşlı gəncin ölümünü İranlı jurnalist və fəal Məsih Əlinejad sosial media hesabında açıqlayıb.
İran dövlət televiziyasında yayımlanan xəbərə görə, ölkə daxilində baş verən etirazlarda 41 nəfərin həyatını itirdiyi bildirilir.
Qeyd edək ki, İranda etiraz şüarları ilk olaraq 13 sentyabr tarixində Tehranda ucalmağa başlayıb. Hazırda iğtişaşlar ölkənin bütün şəhərlərinə və dünya iranlılarına qədər genişlənib.
Qalereya
Oxşar xəbərlər
İranda etiraz aksiyalarında 41 nəfər həyatını itirib
İranda 22 yaşlı Məhsa Əmininin hicab qaydasını pozduğuna görə əxlaq polisi tərəfindən öldürülməsindən sonra ölkə daxilində davam edən etiraz aksiyaları zamanı ö...