Ramil Usubov və Sergey Şoyqu regionda təhlükəsizlik məsələlərini müzakirə ediblər

Ramil Usubov və Sergey Şoyqu regionda təhlükəsizlik məsələlərini müzakirə ediblər
Siyasət 77

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Bakıya işgüzar səfəri çərçivəsində Azərbaycan Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Ramil Usubov ilə görüşüb.

BAKU.WS xəbər verir ki, işgüzar səfər çərçivəsində nəqliyyat layihələri, xüsusilə, “Şimal-Cənub” dəhlizi müzakirə olunub.

Görüş zamanı məsələlərin geniş spektri, o cümlədən, Cənubi Qafqazda təhlükəsizlik, 10-cu redaksiyasının İrəvana göndərildiyi Ermənistanla sülh sazişinin imzalanması, Qərbin bu prosesə aktiv müdaxilə cəhdləri müzakirə olunub.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev avqustun 6-da Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunu qəbul edib.

Son xəbərlər