Qubadlıda azad olunan ərazilərə keçən şəxslər saxlanıldı

Qubadlı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş, lakin minalardan tam təmizlənməmiş ərazilərə keçərək özünün və digərlərinin həyatını təhlükə qarşısında qoyan şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Bərdə regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Qubadlı RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər zamanı Qubadlı rayon sakinləri Vəli Məmmədov, Allahverdi Mustafayev və Tofiq Əsgərov rayon ərazisində polis əməkdaşları tərəfindən saxlanılıb.
Həmin şəxslər saxlanıldıqdan sonra barəsində qanunamüvafiq tədbirlər görülməsi üçün aidiyyəti üzrə təhvil verilib.
Oxşar xəbərlər
5203 hərbçi “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...