Qubad İbadoğlunun həbs müddəti uzadılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu barəsində seçilmiş qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.
BAKU.WS "report"a istinadən xəbər verir ki, bu barədə qərar Nərimanov Rayon Məhkəməsində keçirilən iclasda qəbul edilib.
Qeyd edək ki, Qubad İbadoğlu Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur.
Xatırladaq ki, bu ilin iyulun 24-də Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilmişdi.
Oxşar xəbərlər
Prezident əfv sərəncamı imzaladı - SİYAHI
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqı...