Qərbi Azərbaycan Xronikası: Başnalı necə Bağramyan oldu?
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə "Baku TV"də "Başnalı necə Bağramyan oldu?" adlı süjet hazırlanıb.
BAKU.WS xəbər verir ki, süjetdə erməni saxtakarlığına, addəyişmə terroruna məruz qalan Başnalı, Başsız, Berd qalacıq, Berdadağ toponimi haqqında söz açılır.
Bildirilir ki, Qərbi Azərbaycanda daşnak düşüncəsi ilə verilən qərar və fərmanlarla kəndlər, yaşayış məskənləri viran qoyulub, oğuz-türk izləri yox edilib, tarix susdurulub.
Başnalı - Gərnibasar mahalının Qəmərli, sonralar Artaşat adlandırılan rayonda kənd adıdır. Kənddə tarixən yalnız azərbaycanlılar yaşayıb. Buraya 1829-1832-ci illərdə İranın Xoy və Salmas bölgələrindən ermənilər köçürülüb. 1918-ci ilin martında azərbaycanlılar erməni soyqırımına məruz qalaraq deportasiya olunublar. İndiki Ermənistanda 1920-ci ildə sovet hökuməti qurulandan sonra kəndin sağ qalan sakinləri öz yurdlarına dönüblər. 1940-cı illərdə azərbaycanlılar tamamilə qovulub. 1949-cu ildə kəndin adı dəyişdirilib Bağramyan qoyulub.
Müxtəlif dövrlərdə Ermənistanın siyasi rəhbərliyi, eləcə də parlamenti tərəfindən imzalanan və verilən məqsədyönlü qərarlarla azərbaycanlılara məxsus hər bir yaşayış məntəqəsi yadlaşdırılıb: "Lakin Qərbi Azərbaycandakı bu yadlaşdırılma heç zaman unudulmayıb, əsl gerçəkliklər millətin yaddaşında qorunub saxlanılıb. Məhz bunun gələcək nəsillərə çatdırılması üçün susdurulan tarix bu gün danışır və reallıqlar üzə çıxır".
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Oxşar xəbərlər
Azərbaycan Trampın Sülh Şurasına üzvlüklə bağlı dəvətini qəbul edib
Azərbaycan ABŞ Prezidenti Donald Trampın Sülh Şurasına təsisçi üzv olmaqla bağlı dəvətini qəbul edib. BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər...