Qazaxıstanda qəzaya uğrayan təyyarənin pilotlarının son səs yazısı
Qazaxıstanın “Bek Air” şirkətinə məxsus “Fokker 100” təyyarəsinin pilotlarının dispetçerlərlə qəzadan əvvəl apardıqları danışıqların səs yazısı yayılıb.
“REN TV”nin məlumatına görə, təyyarə ənənəvi qaydada yola çıxmağa hazırlaşır. Dispetçerlər “Fokker-100”ün uçuş-enmə zolağına girməsinə və uçuşu həyata keçirməyə icazə verirlər. Əvəzində pilotlardan biri “05 sağ, 2100, xoş arzularla, sizə uğurlu gün” deyə cavab verir.
Həmin vaxtda uçuş-enmə zolağı digər təyyarənin ixtiyarına verilmə olur. Lakin “Fokker 100” təyyarəsinin yerini müəyyən edə bilməyən aeroportun əməkdaşları növbədə olan təyyarənin pilotlarına gözləmək əmrini verirlər. Bir müddət “Fokker 100”ün pilotları ilə əlaqə yaratmağa çalışan dispetçerlər, cavab almayandan sonra həyəcan siqnalının səslərini eşidirlər.
Oxşar xəbərlər
Qəzaya uğrayan təyyarənin ekipajının səs yazısı yayıldı - VİDEO
Sosial şəbəkədə Qazaxıstanın Almatı şəhəri yaxınlığında qəzaya uğrayan "Fokker-100" sərnişin laynerinin dispetçerlərinin apardığı danışıqların səs yazısı yayılı...