Qəzaya uğrayan təyyarənin ekipajının səs yazısı yayıldı - VİDEO
Sosial şəbəkədə Qazaxıstanın Almatı şəhəri yaxınlığında qəzaya uğrayan "Fokker-100" sərnişin laynerinin dispetçerlərinin apardığı danışıqların səs yazısı yayılıb.
BAKU.WS xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.
Danışıqlara görə, təyyarə normal rejimdə uçmağa hazırlaşıb. Dispetçerlər "Fokker-100"ün uçuş-enmə zolağına girməsinə və havaya qaxlmasına icazə veriblər.
Lakin təyyarə heyəti ilə qısa müddətdəndən sonra əlaqə kəsilib.
Pilotlarla əlaqə qurmağa bir neçə dəfə cəhd etdikdən sonra dispetçerlər "Air Astana" pilotlarından "Fokker-100"ün uçuş-enmə zolağını tutmamasını xahiş edib. Bundan sonra həyəcan siqnalı gəlib.
"671, (dispetçerlər "Air Astana" pilotlarına müraciət edir) 05 nömrəli sağ zolaq texnika ilə əhatə olunub. Siqnal elan olunduğundan texnika ya zolaqla hərəkət edəcək, ya da zolaqda qalacaq",-deyə dispetçer bildirib.
Qeyd edək ki, "Bek Air" hava yollarına məxsus sərnişin təyyarəsinin Almatı şəhərində qəzaya uğraması nəticəsində 15 nəfər ölüb, 66 nəfər yaralanıb.
Oxşar xəbərlər
İranın döyüş təyyarəsi Ərdəbildə yerə çırpılıb - VİDEO
İran Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarəsi sınaq uçuşları zamanı qəzaya uğrayıb. BAKU.WS xəbər verir ki, bu barədə İran Dövlət Televiziyası məlumat yayı...