Qarabağdan İrəvana daha 36 yaralı əsgər aparıldı

25
apr
2016
19:07
Dağlıq Qarabağda yaralanmış erməni əsgərlərinin Ermənistana aparılması prosesi davam edir.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, son bir neçə gündə Yerevanın hərbi hospitallarına daha 36 yaralı əsgər gətirilib.
Ermənistan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalından və "Muratsan” hərbi hospitalından yayılan informasiyaya görə, yaralılardan 3 hərbi qulluqçunun vəziyyəti çox ağır, 2 əsgərin vəziyyəti isə ağır dəyərləndirilir.
Digər hərbi qulluqçuların həyatına real təhlükənin olmadığı bildirilir.
BAKU.WS

Oxşar xəbərlər
Qarabağda əsgərlər bir-birini güllələdi: 3 ölü
Dağlıq Qarabağda daha bir erməni əsgər öldürülüb. BAKU.WS-in məlumatına görə, bu barədə erməni KİV yazır. Məlumata görə, Qarabağın hərbi hissələrindən birində...