Yerevan xəstəxanasına yerləşdirilən 5 əsgər can verir

Yerevan xəstəxanasına yerləşdirilən 5 əsgər can verir
Hadisə 1108

 

"Dördgünlük müharibə"də böyük itkilər verən Ermənistan ordusunun əsgərləri ölümlə mübarizə aparır.

BAKU.WS-in məlumatına görə, Yerevanda hospitalda yatan 53 yaralı erməni əsgərdən azı 5-i ölə bilər. Hospitalın müdiri Aram Asaturyan bildirib ki, Ermənistanın Müdafiə Nazirliyinin mərkəzi kliniki hospitalında yatan əsgərlərdən ikisinin vəziyyəti son dərəcə ağırdır. Digər üç əsgərin vəziyyəti isə qənaətbəxş deyil.

Vəziyyəti ağır olanlar arasında yüksək rütbəli zabitlərin də olduğu deyilir. 

Aram Asaturyananın sözlərinə görə, digər yaralı əsgərlərin müalicəsi davam edir. 

BAKU.WS

Son xəbərlər