"Qanuni oğru"lar Antalyada “sxodka” keçirib

07
iyl
2020
11:44
Suxumi klanının lideri Merab Djanqveladzenin təşəbbüsü ilə Türkiyənin Antalya şəhərində “sxodka” baş tutub.
BAKU.WS xəbər verir ki, bu barədə "primecrime.ru" portalı məlumat yayıb.
Kriminal avtoritetlərin bir araya gəlməsinə səbəb 67 yaşlı Zaxari Kalaşovla (“Şakro Molodoy”) bağlı müzakirənin aparılması olub.
Belə ki, toplantıda iştirak edən "qanuni oğru"lar 2000-ci illərin əvvəllərində “Şakro Molodoy"un əsassız yerə bir neçə kriminal avtoriteti adından məhrum etməsinə etiraz ediblər.
“Sxodka”da "Lotu Quli" ilə bağlı müzakirələrin getdiyi də bildirilir.
Oxşar xəbərlər
Lənkəranskini bıçaqlayan "qanuni oğru" həbsdən çıxdı - Generalın əmri ilə yenidən ... - FOTO
Aprelin 17-də "qanuni oğru", Levan Suxumski kimi tanınan Levan Abuladze Moskvanın "Vladimirski Sentral" həbsxanasından azadlığa çıxıb. 44 yaşlı "qanuni oğru" hə...
