"Qafqazın sənət məbədi" Şuşadan FOTOREPORTAJ

Qafqazın sənət məbədi Şuşadan FOTOREPORTAJ
Foto
Siyasət 100

Şuşa Qarabağın ən dilbər guşəsidir. Onun hər parçası, hər daşı bir tarixdir. Şəhər gözəlliyi və nəcibliyi ilə hər kəsi heyran qoyur. XIX əsrin sonu və XX əsrin əvvəllərində Şuşa Qafqazın musiqi mərkəzinə çevrilmişdi. Şuşanı "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Zaqafqaziyanın konservatoriyası" adlandırırdılar.

1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən təməli qoyulan Şuşa Azərbaycana qarşı hərbi təcavüzə başlamış Ermənistanın silahlı qüvvələri tərəfindən 1992-ci il mayın 8-də işğala məruz qalmışdır.

28 illik əsarətdən sonra 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Şuşa şəhərini 2020-ci il noyabrın 8-də işğaldan azad etdi.

Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək, tariximizə Zəfər Günü kimi həkk olundu.

Prezident İlham Əliyevin Sərəncamına əsasən, 2022-ci il Azərbaycan Respublikasında “Şuşa İli” elan edilib.

BAKU.WS Şuşadan olan fotoreportajı təqdim edir:

Son xəbərlər