Qaçaqmalçılıqla Türkiyəyə gətirilən Pomeranian cinsi itlər müsadirə edildi

Qaçaqmalçılıqla Türkiyəyə gətirilən Pomeranian cinsi itlər müsadirə edildi
Foto
Siyasət 87

Edirne Kapıkule Sərhəd Qapısında xaricdən qeyri-qanuni yollarla Türkiyəyə gətirilən 22 Pomeranian cinsi iti müsadirə edilib.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, avtomobilin ön oturacaqlarının altında gizlədilmiş itlər HAYTAP ilə Ticarət Nazirliyi arasında imzalanmış protokol çərçivəsində HAYTAP-a verilib.

HAYTAP könüllüləri tərəfindən sahiblənən itlər Bursaya aparılıb.

İtlərə tibbi yardım göstərilib.

Son xəbərlər