Türkiyənin sərhəd qapısında "telefon növbəsi"

Türkiyənin sərhəd qapısında telefon növbəsi
Siyasət 287

Xaricdən gətiriləcək mobil telefonların IMEI qeydiyyat rüsumunun artırılaraq 20 min TL olması sərhəd qapılarında sıxlıq yaradarkən, təyyarə biletinin qiymətləri astronomik rəqəmlərə qədər yüksəlib. Son anda qeydiyyatdan keçmək istəyənlərin kütləvi girişi "e-devlet"in bağlanmasına səbəb olub.

BAKU.WS Türkiyə mətbuatında istinadən xəbər verir ki, "Resmi Gazete"də dərc olunan qərarla xaricdən gətirilən mobil telefonların qeydiyyatı üçün nəzərdə tutulan məbləğ 6.091 TL-dən 20.000 TL-yə yüksəldilib.

Bu qərardan sonra köhnə məbləğ ilə mobil telefon alıb qeydiyyatdan keçirmək istəyənlər həm sərhəd qapılarında, həm də elektron hökumət sistemlərində sıxlıq yaradıblar.

"Sarp" Sərhəd Qapısında kilometrlərlə avtomobil növbəsi yaranıb.

Təkcə yeni telefon almaq üçün deyil, son 6 ayda telefon alıb hələ qeydiyyatdan keçirməyənlər də bu yeni qərardan təsirlənib.

Telefonunu köhnə qiymətə qeydiyyatdan keçirmək istəyənlərin elektron hökumət sisteminə axını sistemin çökməsinə səbəb olub.

Xatırladaq ki, bu gündən etibarən Türkiyədə IMEI qeydiyyatının qiymətinin artırılması ilə bağlı qərar qüvvəyə minir.

Son xəbərlər