Qabil Məmmədov, Qurban Məmmədov, Məhəmməd Mirzəli və digərləri barəsində həbs qərarı verilib
Yeniliklərdən dərhal xəbərdar olun
Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən barələrində qiyabi icraat başlanaraq istintaqa çağırılan İmaməddin Əlimanov, Süleyman Süleymanlı, Elşad Məmmədov, Məhəmməd Mirzəli, Qabil Məmmədov, Orxan Ağayev və Qurban Məmmədov barəsində təqdimatlara baxılıb.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, Baş Prokurorluğun təqidmatlarına Binəqədi rayon Məhkəməsində baxılıb, məhkəmə təqdimatları təmin edib. Onlar barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar çıxarılıb.
Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən qiyabi icraat başlanaraq istintaqa çağırılmış digər təqsirləndirilən şəxslər barəsində də məhkəmə tərəfindən qətimkan tədbirinin seçilməsi üçün yaxın vaxtlarda təqdimatların göndərilməsi gözlənilir.
Oxşar xəbərlər
Prezident İlham Əliyevin FIFA U-15 dünya çempionatının mükafatlandırma mərasimində iştirakı ilə bağlı videoçarx paylaşılıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. Dövlətimizin...