Prokurorluğun Dövlət ittihamının müdafiəsi şöbəsi yenidən formalaşdırılacaq

Prokurorluğun Dövlət ittihamının müdafiəsi şöbəsi yenidən formalaşdırılacaq
Siyasət 685
Bakı Şəhər Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsi yenidən formalaşdırılacaq. BAKU.WS-in məlumatına görə, bu barədə Baş prokuror Zakir Qaralov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli fərmanından irəli gələn vəzifələrin təxirə salınmadan icrasını təmin etmək məqsədilə aprelin 9-da Baş Prokurorluqda keçirilən geniş əməliyyat müşavirəsində göstəriş verib. Baş prokuror fərmandan irəli gələn vəzifələrin icrası ilə əlaqədar ilkin mərhələdə Bakı şəhər prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin fəaliyyət keyfiyyətinin artırılması məqsədilə tərkibinin yenidən formalaşdırılması üçün Müsabiqə komissiyasının təşkil olunması və növbəti mərhələdə isə dövlət ittihamının müdafiəsini həyata keçirən bütün prokurorların eyni prosedurlar əsasında müsabiqə yolu ilə vəzifəyə təyin edilmələri barədə göstəriş verib.BAKU.WS

Oxşar xəbərlər

Zakir Qaralov vətəndaşları qəbul edib

Zakir Qaralov vətəndaşları qəbul edib

Baş prokuror Biləsuvar rayonunda vətəndaşları qəbul edib.Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.Verilən məlumata görə, Azərba...

839 Siyasət 15:59 29 mart 2019

Son xəbərlər