Priqojinin qəzaya uğrayan təyyarəsində olan Rüstəm Kərimov kimdir?

Priqojinin qəzaya uğrayan təyyarəsində olan Rüstəm Kərimov kimdir?
Siyasət 3

Rusiyanın Tver vilayətində göyərtəsində "Vaqner" özəl hərbi şirkətinin (ÖHŞ) rəhbərliyinin olduğu təyyarə qəzaya uğrayıb.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, ölənlərin arasında 29 yaşlı ikinci pilot Rüstəm Kərimov da var.

O, 2014-cü ildə Ryazan vilayətindəki Sasovo Mülki Aviasiya Akademiyasını bitirib.

Qəzadan bir neçə gün əvvəl Kərimov həyat yoldaşı ilə toylarının dördüncü ildönümünü qeyd edib.

Qeyd edək ki, avqustun 23-ü axşam saatlarında Tver vilayətində "Embraer" təyyarəsi qəzaya uğrayıb. Təyyarədə ekipaj üzvləri də daxil olmaqla 10 nəfər olub.

Onların hamısı ölü kimi siyahıya alınıb.

Son xəbərlər