Priqojinin ölümündən qabaq Putinin bu videosu GÜNDƏM OLDU - VİDEO

Rusiya Prezidenti Vladimir Putin Kursk vilayətinin Poniri şəhərində sovet qoşunlarının faşistlər üzərində qələbəsinin 80-ci ildönümü ilə bağlı keçirilən mərasimdə iştirak edib.
BAKU.WS xəbər verir ki, tədbirdə çıxış etmək üçün səhnəyə çıxan Putinin şən əhval-ruhiyyəsi diqqət çəkib.
Kifayət qədər gümrah olması diqqətdən yayınmayan Putin rus əsgərlərinə müraciət edərək “Xidmətinizə görə təşəkkür edirəm, sizinlə fəxr edirəm”,-deyə bildirib.
Qeyd edək ki, Rusiya Prezidentinin çıxışı ərəfəsində “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin də olduğu şəxsi təyyarə Tver vilayətində qəzaya uğrayıb. Təyyarədə olan 10 nəfərin hamısı, o cümlədən 3 ekipaj üzvü həyatını itirib. Rusiya Mülki Aviasiya Agentliyi Priqojin və “Vaqner”in komandiri Dmitri Utkinin cəsədinin tapıldığını açıqlayıb.
Oxşar xəbərlər
Priqojin və Utkinin olduğu təyyarə belə yerə çırpılıb - VİDEO
Rusiyanın Tver vilayətində qəzaya uğrayan təyyarədə “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojin və “Vaqner”in komandiri Dmitri Utkin ölməsi təsdiq...
