Prezidentin xüsusi nümayəndəsi: Qarabağ və Şərqi Zəngəzurun bərpasına 10 milyard dollardan çox vəsait ayrılıb

Prezidentin xüsusi nümayəndəsi: Qarabağ və Şərqi Zəngəzurun bərpasına 10 milyard dollardan çox vəsait ayrılıb
Siyasət 49

Azərbaycan hökuməti Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa işlərinə indiyədək 18 milyard manata yaxın və ya 10 milyard dollardan çox vəsait ayırıb.

BAKU.WS xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən beynəlxalq konfransda deyib.

O qeyd edib ki, bu vəsait müxtəlif infrastrukturun bərpası, dağ-mədən sənayesinin inkişafı və digər sahələr üzrə layihələrə yönəldilib.

E.Hüseynov işğaldan azad edilmiş ərazilərin bərpasında özəl sektorun mühüm rolunu da vurğulayıb.

"Biz hökumətlə birlikdə bu sahələrin bərpasında əsas amil olan özəl sektor və vətəndaş cəmiyyəti ilə çox sıx şəkildə əməkdaşlıq edirik", - xüsusi nümayəndə əlavə edib.

Son xəbərlər