Prezidentdən silah anbarındakı partlayışla bağlı göstəriş: Zakir Həsənov qərargaha getdi
28
avq
2017
12:20
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah anbarında baş vermiş yanğınla bağlı yaradılmış qərargahın toplantısı keçirilib.Müdafiə Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, növbəti dəfə əraziyə baxış keçiriən Müdafiə naziri general-polkovnik Zakir Həsənov idarə və xidmət rəislərinin iştirakı ilə xidməti müşavirə keçirib, digər dövlət qurumları ilə qarşılıqlı və əlaqəli fəaliyyətin davam etdirilməsi barədə müvafiq göstəriş və tapşırıqlar verib.Partlayışın nəticələrinin aradan qaldırılması və digər məsələlərin araşdırılması istiqamətində intensiv surətdə işlər davam etdirilir. Müdafiə Nazirliyi bildirir ki, utilləşmə məqsədilə hərbi hissənin ərazisinə toplanmış silah-sursat hazırda əhali, eləcə də şəxsi heyət üçün təhlükə yaratmır və partlamış köhnə sursatların Silahlı Qüvvələrin döyüş hazırlığına heç bir təsiri yoxdur.BAKU.WS
Oxşar xəbərlər
Silah anbarındakı DƏHŞƏTLİ PARTLAYIŞDA yaralanan şəxslərdən YENİ XƏBƏR VAR (RƏSMİ)
Ötən gün səhər saatlarında Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin utilləşmə üçün hazırlanmış silah–sursat anbarında yanğınla müşayiət olunan partlayışlar...