Prezident Ramiz Mehdiyevi təltif etdi

Prezident Ramiz Mehdiyevi təltif etdi
Siyasət 2369
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi yubileyi münasibətilə təbrik edib, onu Azərbaycan Respublikasında dövlətçiliyin möhkəmləndirilməsində səmərəli fəaliyyətinə və elmin inkişafında böyük xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edib.BAKU.WS-in xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.Ramiz Mehdiyev bu təltifə və onun fəaliyyətinə verdiyi yüksək qiymətə görə dövlət başçısına minnətdarlığını bildirib. Administrasiya rəhbəri ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş müasir Azərbaycan dövlətçiliyinin daha da möhkəmləndirilməsində Prezident İlham Əliyevin müstəsna xidmətlərini vurğulayıb və qeyd edib ki, məhz dövlət başçısının rəhbərliyi altında Azərbaycanda bütün sahələrdə çox yüksək nailiyyətlər əldə olunub. O, bir daha dövlət başçısına minnətdarlıq edib.BAKU.WS

Oxşar xəbərlər

Prezident onları təltif etdi

Prezident onları təltif etdi

Prezident İlham Əliyev Tahir Əmiraslanovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. BAKU.WS-in məlumatına görə, T. Əmiraslanov Azərbayca...

1663 Siyasət 21:15 02 aprel 2018

Son xəbərlər