Prezident Əlibəy Hüseynzadənin qızını təltif edib
17
mar
2018
15:58
Prezident İlham Əliyev Azərbaycan mütəfəkkiri Əlibəy Hüseynzadənin qızı Feyzavər Turan Alpsarın “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.BAKU.WS-in xəbərinə görə, sərəncamda deyilir ki, Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında mədəni əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə Feyzavər Turan Alpsar “Dostluq” ordeni ilə təltif edilsin.Qeyd edək ki, Azərbaycanın tanınmış şəxsiyyətlərindən olan Əlibəy Hüseynzadənin kiçik qızı Feyzavər Alpsar Memar Sinan adına İncəsənət akademiyasının məzunu olub, o, yaşadığı Türkiyənin məşhur rəssamlarından biridir.BAKU.WS
Oxşar xəbərlər
Arif Babayev “Şərəf” ordeni ilə təltif edildi
Prezident İlham Əliyev Arif Babayevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.BAKU.WS-in məlumatına görə, sərəncamda qeyd edilir ki, Azər...