Prezident Mikayıl Müşfiqin 110 illiyi ilə bağlı sərəncam imzaladı
17
may
2018
21:35
Azərbaycan prezidenti İlham Əliyev Mikayıl Müşfiqin 110 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. BAKU.WS-in məlumatına görə, Mədəniyyət Nazirliyi Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Mikayıl Müşfiqin 110 illiyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirməlidir. Qeyd edək ki, 2018-ci ilin iyun ayında Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Mikayıl Müşfiqin (Mikayıl Mirzə Əbdülqadir oğlu İsmayılzadənin) anadan olmasının 110 illiyi tamam olur.BAKU.WS
Oxşar xəbərlər
İlham Əliyev Aşıq Şəmşirin 125 illiyi ilə bağlı sərəncam imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev Aşıq Şəmşirin 125 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. BAKU.WS-in məlumatına görə, sərəncamda qeyd olunub ki,...