Prezident İlham Əliyev müşavirə keçirir
Martın 28-də Saatlıda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müşavirədə iştirak edir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 28-də Saatlı rayonuna səfərə gəlib. Dövlət başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin Saatlı şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstəsi qoydu.
Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov Prezident İlham Əliyevə abidənin yerləşdiyi ərazidə görülən abadlıq işləri barədə məlumat verdi.
BAKU.WS
Oxşar xəbərlər
Prezident İlham Əliyev hərbi forma geyinib Füzuliyə getdi (FOTO)
Azərbaycan prezidenti İlham Əliyev Füzuli rayonuna səfər edib. BAKU.WS xəbər verir ki, dövlət başçısı Heydər Əliyevin Horadiz şəhərinin mərkəzində ucaldılmış a...