İlham Əliyev Biləsuvara səfər edib - FOTO
Prezident İlham Əliyev Biləsuvar rayonuna səfər edib.
Dövlət başçısı əvvəlcə Biləsuvar şəhərinin mərkəzində Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev abidənin ətrafında və rayonda görülmüş işlər barədə məlumat verib.
Sonra Azərbaycan prezidenti Biləsuvarda əsaslı təmir və yenidənqurmadan sonra 132 çarpayılıq Mərkəzi Rayon Xəstəxanasında həyata keçirilmiş işlərlə tanış olub. Dövlət başçısına məlumat verilib ki, bu müalicə ocağında ən müasir tibb avadanlığı quraşdırılıb.
Prezident xəstəxana ilə tanışlıqdan sonra tibb ocağının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Daha sonra İlham Əliyev Biləsuvar rayonuna səfəri çərçivəsində uzunluğu 6 kilometr olan Əsgərabad-Muğan-Çaylı avtomobil yolunun yenidənqurma və bərpadan sonra açılışında iştirak edib.
Dövlətimizin başçısına yolun texniki göstəriciləri barədə məlumat verildi.
Sonra Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.
BAKU.WS
Oxşar xəbərlər
Prezident Qəbələdə (FOTO)
Azərbaycan prezidenti İlham Əliyev avqustun 10-da Qəbələ rayonuna səfərə gəlib. BAKU.WS-in məlumatına görə, dövlət başçısı əvvəlcə xalqımızın ümummilli lideri...