Prezident İlham Əliyev hərbi forma geyinib Füzuliyə getdi (FOTO)

Prezident İlham Əliyev hərbi forma geyinib Füzuliyə getdi (FOTO)
Siyasət 4034

Azərbaycan prezidenti İlham Əliyev Füzuli rayonuna səfər edib.

BAKU.WS xəbər verir ki, dövlət başçısı Heydər Əliyevin Horadiz şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib.

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Prezident İlham Əliyevə məlumat verib ki, abidə ucaldılan parkda son vaxtlar geniş abadlıq işləri görülüb, yaşıllıq zolaqları salınıb. Bu park rayon sakinlərinin sevimli istirahət mərkəzlərindən birinə çevrilib.

Dövlət başçısına son vaxtlar rayonda görülən işlər, həyata keçirilən layihələr və gələcəkdə yaradılacaq müəssisələr barədə də məlumat verilib.

Saməddin Mehralıyev

BAKU.WS

Oxşar xəbərlər

İlham Əliyev Mingəçevirə səfər edib

İlham Əliyev Mingəçevirə səfər edib

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 21-də Mingəçevir şəhərinə səfər edib. BAKU.WS xəbər verir ki, dövlət başçısı ümummilli lideri Heydər Əliyevin şəh...

837 Siyasət 18:04 21 sentyabr 2016

Son xəbərlər