Prezident İlham Əliyev Mingəçevirə 2,5 milyon manat ayırıb
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev dekabrın 25-də “Mingəçevir şəhəri ərazisində avtomobil yollarının əsaslı təmirinə dair tədbirlər haqqında” Sərəncam imzalayıb.
BAKU.WS xəbər verir ki, Sərəncama əsasən, Mingəçevir şəhəri ərazisində ümumi uzunluğu 11,9 kilometr olan, “Günəşli”, “Bağlar”, “Üçxoz” və “Tingçilik” yaşayış massivlərini şəhərlə birləşdirən avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 2,5 milyon manat ayrılıb.
Oxşar xəbərlər
Binəqədi sakinlərinə ŞAD XƏBƏR - Yollar əsaslı təmir olunacaq
Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərinin Binəqədi rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədb...