Prezident yolların təmirinə 1,5 milyon manat ayırdı

Prezident yolların təmirinə 1,5 milyon manat ayırdı
Siyasət 685
Prezident İlham Əliyev Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.BAKU.WS-in xəbərinə görə, sərəncama əsasən, Sumqayıt şəhərində avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 1,5 milyon (bir milyon beş yüz min) manat ayrılıb.Maliyyə Nazirliyi sənəddə göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.BAKU.WS

Oxşar xəbərlər

Prezident Sumqayıta 7 milyon manat ayırıb

Prezident Sumqayıta 7 milyon manat ayırıb

Azərbaycan prezidenti İlham Əliyev Sumqayıt şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi və abadlıq-quruculuq...

1071 Siyasət 18:40 15 dekabr 2017

Son xəbərlər