Prezident İlham Əliyev Andjey Dudanı təbrik edib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Prezidenti İlham Əliyev Polşanın Prezidenti seçilməsi münasibətilə Andjey Dudaya təbrik məktubu göndərib.
BAKU.WS xəbər verir ki, dövlətimizin başçısı məktubda bu gün Azərbaycan-Polşa əlaqələrinin müvəffəqiyyətlə inkişaf etdiyini bildirib. “İnanıram ki, bunda sonra da xalqlarımız və ölkələrimiz arasındakı ənənəvi dostluq münasibətlərinin daha da genişlənməsi, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın və strateji tərəfdaşlığımızın dərinləşməsi yolunda səylərimizi davam etdirəcəyik”, - deyə Azərbaycan Prezidenti qeyd edib.
Prezident İlham Əliyev Prezident Andjey Dudaya möhkəm cansağlığı, xoşbəxtlik, dost Polşa xalqının rifahı naminə fəaliyyətində uğurlar diləyib.
Oxşar xəbərlər
Prezident yerli jurnalistlərə ilin yekunları ilə əlaqədar müsahibə verib - VİDEO (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. BAKU.WS müsahibəni təqdim e...