Prezident İlham Əliyev "Sabah"ı təbrik edib
Prezident İlham Əliyev "Sabah" futbol klubunu UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə əldə etməsi münasibətilə təbrik edib.
BAKU.WS xəbər verir ki, bu barədə Prezidentin "X" hesabında paylaşım edilb.
"Sabah" futbol klubunu möhtəşəm zəfər qazanaraq UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə əldə etməsi münasibətilə ürəkdən təbrik edirəm. Yeni yaradılmış bir komandanın qısa müddət ərzində belə böyük nailiyyətə imza atması xüsusi sevinc və qürur doğurur. Klublarımızın ardıcıl ikinci dəfə dünyanın ən güclü klub turnirinin əsas mərhələsində mübarizə aparmaq hüququ qazanması Azərbaycanın bütün sahələrdə əldə etdiyi tərəqqinin, ölkəmizin idman dövləti kimi mövqeyinin daha bir bariz göstəricisidir. "Sabah" klubuna qarşıdakı matçlarda yeni-yeni qələbələr və uğurlar arzulayıram!", - paylaşımda qeyd olunub.
“Sabah” futbol klubunu möhtəşəm zəfər qazanaraq UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə əldə etməsi münasibətilə ürəkdən təbrik edirəm.
— İlham Əliyev (@azpresident) August 26, 2026
Yeni yaradılmış bir komandanın qısa müddət ərzində belə böyük nailiyyətə imza atması xüsusi sevinc və qürur doğurur. Klublarımızın… pic.twitter.com/3neZKoiH11
Oxşar xəbərlər
Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
Oktyabrın 11-də Kamboca Krallığının Baş naziri Hun Manet Azərbaycana rəsmi səfərə gəlib. BAKU.WS xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandı...