Prezident İlham Əliyev: Azərbaycan məhəlləsinin yaradılması çox gözəl hadisədir
Yeniliklərdən dərhal xəbərdar olun
Qeyd etdiyiniz kimi, Qarabağ məsələsində də biz əziz qardaşım, sayın Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanla savaşın ilk günündən çiyin-çiyinə bir yerdə idik.
BAKU.WS xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Türkiyənin Kahramanmaraş şəhərində "Azərbaycan" məhəlləsinin açılış mərasimində çıxışında bildirib.
"Savaşın ilk saatlarında Türkiyə Cümhurbaşqanının bizə göstərdiyi dəstək, həmrəylik, siyasi, mənəvi dəstək, Türkiyə xalqının bizimlə bərabər olması bizim gücümüzə güc qatdı və biz tarixi ədaləti bərpa etdik. Bu gün Azərbaycan xalqı öz əzəli torpağında rahat və təhlükəsizlik şəraitində yaşayır", - deyən dövlətimizin başçısı Kahramanmaraşda "Azərbaycan" məhəlləsinin yaradılmasının da çox gözəl hadisə olduğunu diqqətə çatdırıb.
Oxşar xəbərlər
TÜRKPA Baş katibi TDT Ağsaqqallar Şurasının sədri Binali Yıldırım ilə görüşüb
Ötən gün Türkiyə Respublikasına rəsmi səfəri çərçivəsində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi cənab Ramil Həsən Türk Dövlətləri Təşkil...