Prezident: İkinci Dünya müharibəsindən sonra Azərbaycan qədər tam qələbə heç kim tərəfindən qazanılmayıb

İndi dünyada müharibələr, qanlı toqquşmalar kifayət qədər geniş vüsət alır. İndi internet dövründə, informasiya azadlığı dövründə hər kəs hər şeyi bilir, görür və izləyə bilir.
Bu sözləri Prezident İlham Əliyev Ağdərənin Suqovuşan kəndində inşa olunan yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində çıxışı zamanı söyləyib.
Dövlət başçısı qeyd edib: "Görürük ki, heç də hər bir ölkə öz maraqlarını, ədalətli maraqlarını özü təmin edə bilmir, ya da öz ərazi bütövlüyü uğrunda mübarizə aparır, amma nəticəyə çata bilmir, ya da ki, hər hansı bir kiçikhəcmli hərbi uğura nail olur, amma tam qələbə əldə edə bilmir. Yəni, sadəcə olaraq, bu gün dünyada gedən toqquşmalara, münaqişələrə, müharibələrə nəzər salsaq, son tarixin müharibələrinə nəzər salsaq, hətta deyə bilərəm ki, İkinci Dünya müharibəsindən sonra Azərbaycan qədər birmənalı və tam qələbə heç kim tərəfindən qazanılmayıb".
Oxşar xəbərlər
Prezidentin Mətbuat Xidməti İlham Əliyev və Mehriban Əliyevanın Ağdərə səfərindən videoçarx paylaşıb
Prezidentin Mətbuat Xidməti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Ağdərə rayonununa səfərindən videoçarx paylaşıb. Qeyd edək ki, bu gün Azərbaycan R...
