Prezident atəşkəsin pozulmasından bəhs edib
Yeniliklərdən dərhal xəbərdar olun
“Bəyanatın imzalanmasından keçən ay yarım ərzində cəmi 1 atəşkəs pozuntusu insidenti olub. Bizdə olan məlumata görə, bu, Ermənistan rəhbərliyinin nəzarəti altında olmayan “könüllülər qrupu”, əslində isə yaraqlılar tərəfindən törədilib”.
BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının videokonfrans formasında keçirilən iclasında deyib.
“Həmçinin qeyd etmək istəyərdim ki, Ağdam rayonunda Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin yaradılması işləri gedir. O, bəyanatda da öz əksini tapıb. Mərkəz vəziyyətin müşahidəsini gerçəkləşdirəcək”, - dövlət başçısı xatırladıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev xalqa müraciət edib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. BAKU.WS müraciəti təqdim edir. Prezident İlham Əliyevin xalqa müraciəti - Əziz həmvətənl...