Prezident Şamaxıya getdi

Prezident Şamaxıya getdi
Siyasət 1187
Azərbaycan Prezidenti İlham Əliyev Şamaxı rayonuna səfərə gəlib.BAKU.WS-in məlumatına görə, dövlət başçısı Şamaxı şəhərinin mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev son illərdə rayonda görülən işlər, həyata keçirilən layihələr barədə Prezident İlham Əliyevə məlumat verdi.Bildirildi ki, rayonun sosial-iqtisadi göstəriciləri xeyli yaxşılaşıb, çoxlu sosial infrastruktur obyektləri tikilib, istehsal müəssisələri yaradılıb. Ulu Öndərin abidəsinin yerləşdiyi parkda yenidənqurma və abadlıq işləri görülüb, burada əhalinin istirahəti üçün hər cür şərait yaradılıb, yaşıllıq zolağı genişləndirilib.BAKU.WS

Oxşar xəbərlər

Prezident İlham Əliyev müşavirə keçirir

Prezident İlham Əliyev müşavirə keçirir

Martın 28-də Saatlıda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilir. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İ...

1523 Siyasət 11:22 28 mart 2017

Son xəbərlər