Prezident 2025-ci ilin dövlət büdcəsini təsdiqləyib
27
dek
2024
10:11
Prezident İlham Əliyev Milli Məclisin dekabrın 16-da qəbul etdiyi "2025-ci il dövlət büdcəsi haqqında" qanunu təsdiqləyib.
BAKU.WS xəbər verir ki, gələn il büdcənin gəlirlərinin 38 milyard 356 milyon manat (2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 5,4 % çox), xərclərinin isə 41 milyard 407,6 milyon manat (4,2 % çox) olacağı gözlənilir.
Son nəticədə büdcədə ÜDM-in 2,36 %-i səviyyəsində - 3 milyard 51,6 milyon manat həcmində kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 9 % azdır.
Oxşar xəbərlər
Qərbi Azərbaycan İcmasında Alban xristian irsinin araşdırılması üçün işçi qrupu yaradılıb
Qərbi Azərbaycan İcmasında (QAİ) indiki Ermənistan Respublikası ərazisində, tarixi Zəngəzur, Dərələyəz və Göyçə gölü hövzəsində yerləşən alban xristian irsinin...