PKK terrorçuları ermənilərlə birlikdə savaşdıqlarını etiraf etdilər
Yeniliklərdən dərhal xəbərdar olun
PKK/KCK terrorçu qruplaşmasının qadın təşkilatının “rəhbərlərindən” biri Layika Gültəkin “Qarabağa qədər gedib ermənilərlə birlikdə savaşırıq” etirafını edib.
BAKU.WS “Haber Global”a istinadən xəbər verir ki, o, “Ermənistan xalqının istədiyi vaxt yanlarında olarıq” deyərək terrorçuların Azərbaycana qarşı döyüşdüyün bildirib.
L.Gültəkin qeyd edib ki, son zamanlar Türkiyə hərbçilərinin PKK-ya qarşı əməliyyatları intensivləşdiyi üçün terrorçular qaçırlar. O, PKK-ya qoşulanların sayında da azalma olduğunu söyləyib.
Qeyd edək ki, 27 sentyabrda başlayan 2-ci Qarabağ müharibəsi 10 noyabrda başa çatıb və bütün torpaqlarımız işğaldan azad edilib. Döyüş zamanı Ermənistan sıralarında PKK terrorçuları ilə yanaşı bir neçə ölkədən terrorçular da Azərbaycana qarşı savaşıb.
Oxşar xəbərlər
İlham Əliyev BBC telekanalına müsahibə verib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniyanın BBC telekanalına müsahibə verib. BAKU.WS AZƏRTAC-a istinadən müsahibəni təqdim edir. - Pre...