Pərviz Şahbazov Münxendə BEA-nın icraçı direktoru ilə qlobal enerji bazarındakı vəziyyəti müzakirə edib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın energetika naziri Pərviz Şahbazov Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birolla görüşüb.
Bu barədə nazir "X" sosial şəbəkə hesabında bildirib.
Nazir görüşdə COP29-un nəticələri, xüsusilə enerji təşəbbüslərinin əhəmiyyəti, eləcə də qlobal enerji bazarında vəziyyət və Agentliklə əməkdaşlığa dair fikir mübadiləsi apardıqlarını vurğulayıb.
#MünxenTəhlükəsizlikKonfransı çərçivəsində Beynəlxalq Enerji Agentliyinin (IEA) İcracı direktoru Fatih Birolla görüşdük. #COP29-un nəticələri, xüsusilə enerji təşəbbüslərinin əhəmiyyəti, eləcə də qlobal enerji bazarında vəziyyət və Agentliklə əməkdaşlığa dair fikir mübadiləsi… pic.twitter.com/sCCjEBfu4N
— Parviz Shahbazov (@ParvizShahbazov) February 14, 2025
Oxşar xəbərlər
Prezident İlham Əliyevin FIFA U-15 dünya çempionatının mükafatlandırma mərasimində iştirakı ilə bağlı videoçarx paylaşılıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. Dövlətimizin...