Pentaqon Ukraynaya daha bir hərbi yardım paketini AÇIQLADI
01
iyl
2022
23:16
Pentaqon Ukraynaya daha bir hərbi yardım paketinin ayrıldığını təsdiqləyib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, söhbət 820 milyon dollarlıq əlavə hərbi yardım paketindən gedir.
Buraya HIMARS MLRS üçün döyüş sursatı, 155 mm-lik artilleriya üçün 150 min mərmi, dörd əksbatareya radarı və iki NASAMS hava hücumundan müdafiə sisteminin tədarükü daxildir.
Bundan əvvəl ABŞ Prezidenti Cozef Bayden yardım paketinin tezliklə göndəriləcəyini açıqlayıb.
Oxşar xəbərlər
Bayden administrasiyası bu gün Ukraynaya növbəti hərbi yardım paketini elan edəcək
Bayden administrasiyası bu gün Ukraynaya növbəti hərbi yardım paketini elan edəcək. BAKU.WS APA-ya istinadən xəbər verir ki, yardım paketinə Ukraynaya əlavə HIM...