Paşinyan TRIPP-in Ermənistan hissəsinin inşası müddətini açıqladı
"Beynəlxalq sülh və rifah naminə Tramp marşrutunun (TRIPP) Sünik hissəsinin tikintisinə 2026-cı ilin ikinci yarısında başlanacaq".
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə hökumət saatı zamanı açıqlayıb.
O əlavə edib ki, ilin sonuna qədər bir plan hazırlanacaq və layihənin bütün detalları açıqlanacaq. Bu planlar 2026-cı ilin birinci yarısında təsdiqlənəcək.
Baş nazir qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın komandası Yaxın Şərqdəki digər layihələrlə məşğuldur və həddindən artıq yüklənib, lakin Ermənistan göstərilən müddətlər üzrə işləri çatdırmağa çalışacaq.
Oxşar xəbərlər
Türkiyə və Gürcüstan prezidentləri təyyarə qəzası ilə bağlı son durumu müzakirə ediblər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ilə telefon danışığı aparıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barə...