Paşinyan: "Azərbaycanlı hərbçi cəzasının bir hissəsini Ermənistanda çəkəcək"
Zəngəzurun Şəki kəndinə daxil olan azərbaycanlı hərbçi cəzasının ən azı bir hissəsini Ermənistanda çəkəcək.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə keçirilən hökumət saatı zamanı "Güclü Ermənistan" blokunun deputatı Andranik Gevorkyanın sualını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, hadisə ilə bağlı bütün hüquqi prosedurlar həyata keçirilməlidir.
"İstintaq aparılmalı, iş məhkəməyə göndərilməli və məhkəmə hökm çıxarmalıdır. Bundan sonra o, cəzasının ən azı bir hissəsini Ermənistanda çəkməlidir", - deyə baş nazir bildirib.
Paşinyan əlavə edib ki, azərbaycanlı hərbçinin gizləndiyi evə əvvəlcə uşaqlar yaxınlaşıblar. Onlar evdə yad adamı görərək bu barədə analarına məlumat veriblər. Bundan sonra qadın polisə zəng edib, lakin özü hadisə yerinə getmək qərarına gəlib və polislərdən əvvəl oraya çatıb.
"Bu, klassik kriminal hekayədir. Əgər onlar polisin gəlməsini gözləsəydilər, heç nə baş verməzdi", - deyə Paşinyan bildirib.
Xatırladaq ki, oktyabrın 1-də saat 14:15-də Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Nəsimi Musayev Ermənistanın təhlükəsizlik orqanları tərəfindən saxlanılıb. Naməlum şəraitdə sərhədi keçərək Şəki (Zəngəzur) kəndi istiqamətində əraziyə daxil olan hərbçimiz barəsində ikiaylıq həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
AKP sözçüsü: "Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev arasında həqiqi qardaşlıq münasibətləri var"
"Türkiyə və Azərbaycan prezidentləri Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev arasında həqiqi qardaşlıq münasibəti var". BAKU.WS "Haber Global" telekanalına istinad...